like darmina

Dramina® ilə səfəriniz xoş keçəcək!

Dramina®— 3 yaşdan yuxarı uşaqlar və böyüklər üçün dəniz xəstəliyinə (nəqliyyatda yırğalanma) qarşı effektiv vasitə. like darmina

Dramina® bütün növ nəqliyyat vasitələrində dəniz xəstəliyinin siptomlarının qarşısını alır.

Dramina®-nın necə işlədiyini başa düşmək üçün yırğalanmanın səbəb və simptomlarını bilmək lazımdır.

Dəniz xəstəliyi ilə hər kəs üzləşə bilər. Bu xəstəlik təhlükəli hesab edilməsə də, insanların həyat keyfiyyətini aşağı salır.

  • Sərnişinlərin 90%-ı təyyarə ilə ilk uçuşda
  • 30%-ı avtomobillə yol gedərək
  • 90%-na qədər gəmi ilə səyahət edərək bu problemi yaşayırlar.

dramina dramina dramina

Nəqliyyatda yırğalanma müvazinətin saxlanmasına cavabdeh olan vestibulyar aparatla bağlı problemlər nəticəsində əmələ gəlir.

Vestibulyar aparat daxili qulaqda yerləşən, tarazlıq hissini formalaşdıran orqandır. Başın istənilən hərəkəti vestibulyar aparatın reseptorlarını qıcıqlandırır və reflektor olaraq əzələlərin yığılması, qamətin düzəlməsi, seçilmiş pozanın saxlanması ilə nəticələnir. Məhz bu orqan bizə ayaq üstə qalmağa, hərəkət etməyə, bədənin vəziyyəti və hərəkətin sürətini başa düşməyə imkan yaradır.

Vestibulyar aparat beyin ilə daimi əlaqədə olur və ona bədənin fəzada vəziyyəti, hərəkət sürəti və istiqaməti haqqında böyük həcmdə məlumatlar ötürür. Beyin bunu görmə orqanları və bizim bədənimizdə olan reseptorlar vasitəsilə ötürülən məlumatlarla tutuşdurur.

Hər gün bizim orqanizmimiz çoxlu sayda qıcıqlandırıcıların təsirinə məruz qalır, buna görə də onlara öyrəşir. Normal şərtlərdə biz yerimə zamanı tarazlığın qorunması, hərəkət zamanı gözlərin vəziyyəti haqqında düşünmürük, çünki bunlar şüuraltı səviyyədə baş verir.

airplane proble darmina persona

Nəqliyyatda yırğalanma baş beyinə ziddiyyətli məlumatların daxil olmasının nəticəsi kimi yaranır.

Siz və sizin uşağınızın nəqliyyatda yırğalanmasının səbəbi sensor münaqişəsidir, yəni bədənin keçirdiyi hisslərlə görmə qavramasının uyğun gəlməməsidir. Uşağın vestibulyar aparatı güclü yükləmələrə kifayət qədər uyğunlaşmayıb, buna görə də körpələrin valideynləri nadir olmayan hallarda yolda yırğalanma problemi ilə rastlaşırlar.

Yırğalanmanın əlamətləri:

Baş ağrısı, huşun itirilməsi ilə nəticələnə bilən baş gicəllənməsi Qarında narahatlıq hissi Ürəkbulanma və ya qusma Dərinin solğunluğu Yuxuluq və əsnəmə Tənəffüs tezliyinin artması Ağız suyunun artması Kiçik uşaqlarda ağlama halı, həyacanlılıq

Dramina® yırğalanma probleminin öhdəsindən necə gəlir?

Dramina® yırğalanma mexanizminin inkişafına təsir göstərir, duyğu orqanlardan gələn siqnalları bloklaşdıraraq vestibulyar aparatın hərəkətə uyğunlaşmasına kömək edir. 3 yaşdan yuxarı uşaqlar və böyüklər üçün tövsiyə olunur. Səfərə 30 dəqiqə çıxmazdan əvvəl Dramina®-nın birdəfəli qəbulu istənilın nəqliyyat növündə dəniz xəstəliyinin bütün simptomlarının qarşısını alır.

Gün ərzində neçə həb Dramina® qəbul etmək olar?

3-6 yaş arası uşaqlar üçün ¼ və ya ½ həb sutkada 2-3 dəfə,

7-12 yaş arası uşaqlar üçün ½ həb və ya 1 həb sutkada 2-3 dəfə,

12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 1-2 həb sutkada 2-3 dəfə.

Nəqliyatda yırğalanma simptomlarının qarşısının alınması üçün Dramina® preparatını səfərə 30 dəqiqə çıxmazdan əvvəl istifadə etmək lazımdır. Təsiri 3-6 saat davam edir.

dramina

Dramina

Universal:
Bütün növ nəqliyyat vasitələrində dəniz xəstəliyinin siptomlarının qarşısını alır

Hər kəs üçün:
3 yaşdan yuxarı uşaqlar və böyüklər istifadə edə bilər

Effektiv:
Təsirini qəbuldan 15-30 dəqiqə sonra görə bilərsiniz

Ekonomik:
1 dozanın təsiri 6 saata kimi davam edir

Avropa keyfiyyəti:
Dramina® bütün klinik sınaqlardan keçən dərman vasitəsidir

Dramina® - sürətli effekt, davamlı təsir.

Dramina® ilə bütün səfərləriniz xoş keçəcək!

child and mother